USD 1.7
26 °C

TURİZMÇİLƏR TƏSDİQLƏYİR: Getmə turizmdə azalma müşahidə edilir

İyun 26, 2025 14:31 / 139
TURİZMÇİLƏR TƏSDİQLƏYİR: Getmə turizmdə azalma müşahidə edilir
A-
A
A+

Bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azalaraq 807,6 min nəfər olub.

cbx-add

Turizmplus.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 36,5 %-i Türkiyəyə, 16,4 %-i Rusiyaya, 11 %-i Gürcüstana, 11 %-i İrana, 25,1 %-i digər ölkələrə səfər edib, 66,8%-ini kişilər, 33,2 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 % artıb, Türkiyəyə gedənlərin sayı 6,2 %, Rusiyaya gedənlərin sayı isə 25,3 % azalıb.

Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edək ki, bu barədə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin nümayəndələri də fikir bildirərək, həqiqətən bu il getmə turizm sahəsində azalmanın müşahidə olunduğunu qeyd ediblər.

Oxşar xəbərlər