“TourismFest Baku 2027″nin baş sponsoru və sponsorları bəlli olub; İKİ SPONSOR YERİ BOŞDUR

Noyabr 12, 2026 13:59 / 87
“TourismFest Baku 2027″nin baş sponsoru və sponsorları bəlli olub; İKİ SPONSOR YERİ BOŞDUR
A-
A
A+

17–18 aprel 2027-ci il tarixlərində Bakıda keçiriləcək TourismFest Baku 2027 Milli Turizm Festivalının baş sponsoru və sponsorları müəyyənləşib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Plus Media Production tərəfindən təşkil olunan festivalın baş sponsoru AVİAPARTNER, sponsorları isə Baku Life Travel, Pegas Touristik, FCC Travel & Concierge Services və Millennium Tourism şirkətləridir.

Festivalın baş sponsoru AVİAPARTNER beynəlxalq aviasiya və turizm sektorunda fəaliyyət göstərir. Şirkət flydubai, Pegasus və Voyager Group kimi beynəlxalq brendlərin Azərbaycandakı GSA tərəfdaşıdır.

TourismFest Baku 2027 aprelin 17–18-də Passage 1901 məkanında keçiriləcək. Tədbir turizm şirkətlərini, hotel və restoranları, aviaşirkətləri, turizm sənayesinin digər iştirakçılarını və səyahət həvəskarlarını bir araya gətirəcək.

Festival çərçivəsində şirkətlər öz məhsul və xidmətlərini təqdim etmək, yeni biznes əlaqələri qurmaq, potensial müştərilərlə birbaşa ünsiyyət yaratmaq və brendlərinin tanıtımını həyata keçirmək imkanı əldə edəcəklər.

2024-cü ildə ilk dəfə təşkil olunan TourismFest-in ikinci buraxılışı yeni turizm mövsümü ərəfəsində sektorun əsas görüş və əməkdaşlıq platformalarından biri olmağı hədəfləyir.

Qeyd edək ki, TourismFest Baku 2027 üçün sponsorluq imkanları davam edir. Hazırda tədbir çərçivəsində cəmi iki sponsor yeri qalıb.

Sponsorluqla bağlı: marketing@tourismfest.az, 050 411 38 19

İştirakçı stendləri ilə bağlı: info@tourismfest.az,  050 411 38 19

Oxşar xəbərlər