Azərbaycanlı turistlər xarici ölkələrdə daha az xərcləyirlər – STATİSTİKA

Noyabr 11, 2026 14:39 / 33
Azərbaycanlı turistlər xarici ölkələrdə daha az xərcləyirlər – STATİSTİKA
A-
A
A+

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşlarının xarici ölkələrdə turizmə çəkdikləri xərclər 1 milyard 513 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % azdır.

cbx-add

Turizmplus.az xəbər verir ki, ən çox vəsait nəqliyyat (575,6 milyon manat), qidalanma (312,4 milyon manat), yerləşmə (285,3 milyon manat), eləcə də mal və hədiyyələrin alınmasına (254,4 milyon manat) xərclənib.

Yerləşmə xərcləri ötən illə müqayisədə 23,8 %, nəqliyyat xərcləri 0,3 %, qidalanma xərcləri isə 0,5 % azalıb. Bununla yanaşı, turizm paketlərinin alınmasına çəkilən xərclər 11,6 % artaraq 52,7 milyon manata çatıb.

Azərbaycanlılar ən çox Türkiyədə pul xərcləyiblər. Belə ki, 9 ay ərzində Türkiyədə 670,9 milyon manat, Rusiyada 200,4 milyon manat, Gürcüstanda isə 118,5 milyon manat turizm xərci qeydə alınıb.

Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 % azalaraq 1 milyon 575,3 min nəfər olub. Onların 44 %-i Türkiyəyə, 14,6 %-i Rusiyaya, 13 %-i Gürcüstana, 5,1 %-i İrana, 23,3 %-i isə digər ölkələrə səfər edib.

Xaricə səfər edənlərin 70,4 %-i hava, 27,6 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Oxşar xəbərlər