Marmarisdə 40 illik məşhur hotel SÖKÜLÜR

Noyabr 11, 2026 16:36 / 24
Marmarisdə 40 illik məşhur hotel SÖKÜLÜR
A-
A
A+

Türkiyənin Marmaris şəhərində 40 ildir fəaliyyət göstərən Pineta Club Hotel mövcud formatda fəaliyyətini dayandıraraq yenidənqurma prosesinə başlayır.

cbx-add

Turizmplus.az xəbər verir ki, hotelin sahibi Durmaz ailəsinin açıqlamasına görə, mövcud tikilinin istismar müddəti başa çatıb. Ailənin nümayəndəsi Hüseyn Durmaz 40 il ərzində hotelə dəstək göstərən yerli və xarici qonaqlara təşəkkür edib.

Bildirilib ki, hotelin yerləşdiyi ərazidə yeni layihə həyata keçiriləcək. Burada yalnız hotel deyil, həm də Marmaris sakinlərinin vaxt keçirə biləcəyi və şəhərin ticarət həyatına töhfə verəcək çoxfunksiyalı yaşayış mərkəzinin yaradılması planlaşdırılır.

Yeni kompleksin 2029-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər