FUN&SUN turizm şirkətləri üçün Çin istiqamətində FAM Trip təşkil edir
FUN&SUN turizm şirkətlərinin nümayəndələri üçün Pekin və Şanxay şəhərlərini əhatə edən FAM Trip proqramı təşkil edir.
Turizmplus.az xəbər verir ki, səfər 18–25 yanvar 2027-ci il tarixlərində baş tutacaq. Proqramın qiyməti bir nəfər üçün 785 ABŞ dollarıdır. Beynəlxalq aviabiletlər qiymətə daxil deyil.
Proqram çərçivəsində iştirakçılar 4 ulduzlu hotellərdə 6 gecə yerləşmə, səhər yeməkləri, ekskursiyalar, giriş biletləri, rusdilli bələdçi xidmətləri və transferlərlə təmin olunacaqlar. Həmçinin Pekin–Şanxay marşrutu üzrə gecə qatarı ilə yataqlı kupe və Şanxay–Pekin sürətli qatar bileti də qiymətə daxildir.
FAM Trip turizm mütəxəssislərinin Çinin iki əsas turizm mərkəzi ilə yaxından tanış olması, yeni istiqamət üzrə biliklərini artırması və gələcək turizm məhsullarını daha yaxşı tanıması məqsədi daşıyır.
Proqramda iştirak və qeydiyyatla bağlı ətraflı məlumat üçün gunel.hajizada@fstravel.az elektron poçt ünvanına müraciət etmək mümkündür.

