“Fun&Sun”dan agentlər üçün İtaliya, İsveçrə və Lixtenşteynə FAM Trip – QEYDİYYAT

Oktyabr 12, 2026 16:28 / 145
“Fun&Sun”dan agentlər üçün İtaliya, İsveçrə və Lixtenşteynə FAM Trip – QEYDİYYAT
A-
A
A+

Fun&Sun turizm agentləri üçün İtaliya, İsveçrə və Lixtenşteyn Knyazlığını əhatə edən xüsusi reklam turu təşkil edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, 28 noyabr – 5 dekabr tarixlərində keçiriləcək səfər turizm agentlərinə Avropa istiqamətini yerində tanımaq, şəhərlərin turizm imkanlarını öyrənmək və yeni satış imkanları əldə etmək fürsəti yaradacaq.

Proqram çərçivəsində iştirakçılar Milan və Sürix şəhərlərində ekskursiyalarda iştirak edəcək, həmçinin Turin, Bern və Lixtenşteynə səfər edəcəklər.

Turun iştirak haqqı bir nəfər üçün 499 avro təşkil edir. Qiymətə 3 ulduzlu hotellərdə səhər yeməyi əsasında yerləşmə, Malpensa hava limanından nəzərdə tutulan qrup transferləri, proqram üzrə nəqliyyat xidməti və Milan və Sürix şəhərlərində rusdilli lisenziyalı bələdçi ilə ekskursiyalar daxildir.

Təşkilatçılar viza müraciəti üçün dəvətnamə və vauçerin təqdim olunacağını da bildirirlər.

Turda iştirak etmək istəyən turizm agentləri murad.agamaliyev@fstravel.az elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Yerlərin sayının məhdud olduğu qeyd edilir.

Oxşar xəbərlər