Yerli turizm sənayesi nümayəndələri Gəncə və Göygölə səfər edib – FOTOLAR

Noyabr 25, 2026 16:03 / 21
Yerli turizm sənayesi nümayəndələri Gəncə və Göygölə səfər edib – FOTOLAR
A-
A
A+

Azərbaycan Turizm Bürosu (ATB) 24–25 noyabr tarixlərində yerli turizm sənayesinin 50 nümayəndəsi üçün Gəncə və Göygölə tanışlıq səfəri təşkil edib.

cbx-add

Turizmplus.az DTA-ya istinadəny xəbər verir ki, səfərin əsas məqsədi regionun mövcud turizm məhsullarının qiymətləndirilməsi, yeni səyahət təkliflərinin hazırlanması və Gəncə-Göygöl istiqamətinin daxili turizm bazarında təşviqidir.

İki gün davam edən proqram çərçivəsində iştirakçılar bölgənin mədəni-tarixi irsi, təbii turizm resursları və istirahət imkanları ilə tanış olub, regionda fəaliyyət göstərən turizm obyektlərinə baş çəkiblər.

CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram

Səfər zamanı yeni turizm marşrutlarının yaradılması, mövcud turizm məhsullarının müxtəlif səyahətçi qruplarının maraqlarına uyğunlaşdırılması və regional turizm təkliflərinin şaxələndirilməsi imkanları nəzərdən keçirilib.

Təşəbbüs Gəncə və Göygölün turizm potensialından daha geniş istifadə edilməsinə, daxili turizmin inkişafına və yerli turizm şirkətlərinin bu istiqamət üzrə kommersiya təkliflərinin genişləndirilməsinə yönəlib.

Oxşar xəbərlər