Bakıda 20 ölkənin iştirakı ilə Diplomatik Qış Bazarı yarmarkası keçiriləcək

Noyabr 25, 2026 11:45 / 108
Bakıda 20 ölkənin iştirakı ilə Diplomatik Qış Bazarı yarmarkası keçiriləcək
A-
A
A+

İçərişəhər 20 ölkənin iştirakı ilə keçiriləcək beynəlxalq Diplomatik Qış Bazarına ev sahibliyi edəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, noyabrın 28-də təşkil olunacaq tədbirdə müxtəlif ölkələrin milli mədəniyyətləri, mətbəxləri və ənənələri təqdim ediləcək.

Ziyarətçilər dünyanın müxtəlif xalqlarının milli təamlarından dadmaq, onların mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram

Bayram ab-havasında keçiriləcək tədbirdən əldə olunan gəlir xeyriyyə layihələrinə yönəldiləcək.

Diplomatik Qış Bazarı İçərişəhərin Sabir küçəsində saat 12:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Tədbirə giriş haqqı 3 manat təşkil edir.

Oxşar xəbərlər