“Jumeirah” İtaliyada yeni lüks hotel açacaq – TARİX

Noyabr 26, 2026 15:49 / 9
“Jumeirah” İtaliyada yeni lüks hotel açacaq – TARİX
A-
A
A+

Birləşmiş Ərəb Əmirliklərinin dünyaca məşhur lüks hotel brendi “Jumeirah” Avropada fəaliyyətini genişləndirərək İtaliyada ikinci hotelini açmağa hazırlaşır.

cbx-add

Turizmplus.az xəbər verir ki, 2027-ci ilin yazında istifadəyə verilməsi planlaşdırılan “Jumeirah Lake Como” hoteli İtaliyanın məşhur Komo gölünün sahilində, Torno yaşayış məntəqəsində yerləşir.

Daha əvvəl “Il Sereno Lago di Como” adı ilə fəaliyyət göstərən hotel tanınmış memar və dizayner Patrisiya Urkiola tərəfindən layihələndirilib.

CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram

Hotel gölə mənzərəsi və şəxsi terrası olan 40 lüks suit nömrədən ibarətdir. Nömrələr arasında birbaşa gölə çıxışı olan 200 kvadratmetrlik “Grand Darsena Suite”, həmçinin şəxsi bağçası və cakuzisi ilə seçilən “Smeraldo Penthouse Suite” də yer alır.

Hoteldə qonaqlara İtaliya mətbəxinin təamlarını təqdim edən restoranlar, isidilən açıq üzgüçülük hovuzu və “Talise Spa” sağlamlıq mərkəzi xidmət göstərəcək. Həmçinin qonaqlar üçün Komo gölündə qayıqla gəzintilər və fərdi ekskursiya proqramları təşkil olunacaq.

Yeni hotelin açılışı “Jumeirah”ın 2030-cu ilədək hotel portfelini iki dəfə artırmaq strategiyası çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, hazırda “Jumeirah” Yaxın Şərq, Avropa və Asiyanın 11 ölkəsində 29 hotel və istirahət kompleksi ilə təmsil olunu

Oxşar xəbərlər