Bodrumda yeni villa konseptli lüks hotel – “NG Sign Bodrum” bu tarixdə AÇILACAQ

Noyabr 24, 2026 17:00 / 10
Bodrumda yeni villa konseptli lüks hotel – “NG Sign Bodrum” bu tarixdə AÇILACAQ
A-
A
A+

Türkiyənin hotel şəbəkələrindən olan “NG Hotels” yeni brendi “NG Sign Bodrum”un açılışına hazırlaşır.

cbx-add

Turizmplus.az xəbər verir ki, “hər şey daxil” villa konsepti ilə fəaliyyət göstərəcək hotel 2027-ci ilin may ayında ilk qonaqlarını qəbul edəcək.

“NG Hotels”in ilk villa hotel layihəsi olan kompleks Egey bölgəsinin özünəməxsus təbiətini müasir memarlıqla birləşdirəcək.

Bodrumun mərkəzində yerləşəcək hotel “Tailored Experiences” – fərdiləşdirilmiş təcrübə konsepti əsasında fəaliyyət göstərəcək. Qonaqlara yerləşmə, qastronomiya, əyləncə və istirahət sahələrində fərdi istəklərinə uyğun xidmətlər təqdim olunacaq.

“NG Sign Bodrum Resort”da çalışacaq İmge Su Altıntaş bildirib ki, yeni layihə “NG Hotels”in qonaqpərvərlik anlayışını fərqli səviyyəyə daşıyacaq. Əsas məqsəd Bodrumun özünəməxsus atmosferini villa həyatının təqdim etdiyi sərbəstlik və məxfiliklə birləşdirməkdir.

Oxşar xəbərlər