Rixos Premium Göcek hoteli əl dəyişir – YENİ BREND

Noyabr 13, 2026 11:51 / 28
Rixos Premium Göcek hoteli əl dəyişir – YENİ BREND
A-
A
A+

Türkiyənin Göcek bölgəsində fəaliyyət göstərən Rixos Premium Göcek hotelinin brendi dəyişdirilir. 2014-cü ildən xidmət göstərən hotel bundan sonra Koç Holdinqə məxsus Divan brendi ilə fəaliyyətini davam etdirəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə Türkiyənin “Para Dergisi” nəşri məlumat yayıb.

Məlumata görə, Göcek marinaları uzun illər Yıldız Holdinqin tərkibində fəaliyyət göstərdikdən sonra 2025-ci ildə Koç Holdinqin nəzarətinə keçib. Holdinqin törəmə şirkəti Tek-Art Marina Göcek Village Port Marina, Göcek Exclusive Port Marina və onlarla əlaqəli hotellərin idarəetmə hüququnu 160 milyon ABŞ dolları qarşılığında əldə edib.

2026-cı ilin əvvəlindən etibarən marinalarda və onlara bağlı obyektlərdə yeni idarəetmə dəyişiklikləri həyata keçirilməyə başlanılıb. Bu çərçivədə Rixos Premium Göcek brendi ilə fəaliyyətin davam etdirilməyəcəyi və hotelin Divan brendinə keçəcəyi bildirilir.

Həmçinin hotelin mövcud əməkdaşları ilə yeni əmək müqavilələrinin imzalanmasına başlanıldığı qeyd olunur.

Oxşar xəbərlər