Misir turist vizalarının qiymətini bu tarixdən artıracaq

Noyabr 28, 2026 16:35 / 53
Misir turist vizalarının qiymətini bu tarixdən artıracaq
A-
A
A+

Agentlikləri Assosiasiyasının (ETAA) açıqladığı məlumata əsasən, hazırda 30 ABŞ dolları olan birdəfəlik giriş vizasının qiyməti 33 dollara yüksələcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, Qahirə Beynəlxalq Hava Limanında tətbiq olunan QR kodlu rəqəmsal viza sistemindən istifadə edən turistlər əlavə xidmət haqqı ilə birlikdə 39 dollar ödəyəcəklər.

CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram

2027-ci il yanvarın 1-dən viza qiymətlərində aşağıdakı dəyişikliklər nəzərdə tutulur:

Ənənəvi birdəfəlik giriş vizası – 30 dollardan 33 dollara;

QR kodlu rəqəmsal giriş vizası – 36 dollardan 39 dollara.

Qeyd edək ki, Misirdə 2026-cı il avqustun 1-dən Qahirə Beynəlxalq Hava Limanında ənənəvi viza stikerlərini QR kodlarla əvəz edən yeni sistem sınaqdan keçirilir. Gələcəkdə bu sistemin ölkənin digər beynəlxalq hava limanlarında da tətbiqi planlaşdırılır.

Səyahətdən əvvəl onlayn qaydada əldə edilən elektron vizaların yeni tarifləri isə hələlik rəsmən açıqlanmayıb. Hazırda birdəfəlik elektron vizanın qiyməti 30, çoxgirişli elektron vizanın qiyməti isə 65 dollar təşkil edir. 

Oxşar xəbərlər