Travacco: Turizm agentlikləri üçün aylıq proqram xərclərini aradan qaldıran yeni həll
Turizm şirkətlərinin biznes proseslərinin rəqəmsallaşdırılması üzrə həllər təqdim edən “Travacco” turizm agentlikləri üçün “Ömürlük paket”ini istifadəyə verib.
Turizmplus.az xəbər verir ki, yeni paket turizm şirkətlərinə birdəfəlik ödəniş etməklə aylıq və illik abunə xərcləri olmadan sistemdən istifadə etmək imkanı yaradır.
Paketin əsas üstünlüklərindən biri şirkətlərin müştəri, satış və maliyyə məlumatlarını öz serverlərində saxlaması və idarə etməsidir.
“Ömürlük paket”in əsas üstünlükləri aşağıdakılardır:
-
Birdəfəlik ödəniş – aylıq və illik abunə haqqı olmadan sistemdən istifadə;
-
Şəxsi serverdə yerləşdirmə – şirkət məlumatlarının öz SQL serverində saxlanılması;
-
Məlumatların məxfiliyi – məlumatların saxlanılmasına və idarə edilməsinə birbaşa nəzarət;
-
Limitsiz əməkdaş hesabları – əlavə istifadəçi haqqı olmadan komandanın genişləndirilməsi;
-
ERP/CRM sistemi – satışların, rezervasiyaların, müştərilərin və maliyyə əməliyyatlarının vahid platformadan idarə edilməsi;
-
Sənədlərin avtomatlaşdırılması – hesab-fakturaların, müqavilələrin, vauçerlərin və maliyyə hesabatlarının hazırlanması.
Bununla yanaşı, turizm agentlikləri gələcəkdə “Task Management”, “Client Portal”, “Booking”, “Marketplace” və “Travacco App” modullarından ibarət yeni rəqəmsal ekosistemə mərhələli keçid imkanından da yararlana biləcəklər.
Yeni paket turizm şirkətlərinin davamlı proqram xərclərinin azaldılmasına, biznes proseslərinin optimallaşdırılmasına və məlumatların idarə edilməsində müstəqilliyinin artırılmasına yönəlib.
Ətraflı məlumat və əməkdaşlıq üçün:
Veb-sayt: travacco.com
Elektron poçt: sales@travacco.com
Əlaqə: +994 51 466 68 56 / +994 51 466 69 39
YouTube: Travacco

