“Fan Travel”dən Çin istiqamətində növbəti uğurlu səfər; İlin beşinci qrup turu – FOTOLAR

Noyabr 24, 2026 17:43 / 28
“Fan Travel”dən Çin istiqamətində növbəti uğurlu səfər; İlin beşinci qrup turu – FOTOLAR
A-
A
A+

Azərbaycanın turizm şirkətlərindən olan “Fan Travel” noyabrın 6–14-də növbəti “Böyük Çin” qrup turunu həyata keçirib.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu, şirkətin 2026-cı il ərzində Çin istiqamətində təşkil etdiyi sayca beşinci qrup turu olub.

Doqquz günlük səyahət proqramı çərçivəsində iştirakçılar Çinin üç mühüm turizm mərkəzini – Pekin, Şanxay və Hançjou şəhərlərini ziyarət ediblər.

Tur proqramına əsasən, iştirakçılar Pekində və Şanxayda iki, Hançjouda isə üç gecə qalıblar. Səfər boyunca turistlər Çinin zəngin tarixi irsi, müasir memarlığı, mədəniyyəti və görməli yerləri ilə yaxından tanış olublar.

Şirkətdən bildirilib ki, qrup turlarının təşkilində zəngin səyahət proqramı ilə yanaşı, iştirakçılar arasında qarşılıqlı anlaşmaya, ünsiyyət mədəniyyətinə və səfərin ümumi atmosferinə də xüsusi önəm verilir.

Qeyd edək ki, qrup turlarının təşkili üzrə 10 illik təcrübəyə malik “Fan Travel” qarşıdakı dövrdə də Çin istiqamətində səfərlərini davam etdirməyi planlaşdırır.

Oxşar xəbərlər