İstanbulda Yeni ili harada qarşılamaq olar? – “FCC Travel & Concierge Services”dən 7 lüks hotelin bayram proqramı

Noyabr 27, 2026 12:09 / 39
İstanbulda Yeni ili harada qarşılamaq olar? – “FCC Travel & Concierge Services”dən 7 lüks hotelin bayram proqramı
A-
A
A+

“FCC Travel & Concierge Services” turizm agentlikləri üçün İstanbulda 2027-ci ilin qarşılanmasına həsr olunmuş xüsusi Yeni il proqramları təqdim edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, şirkət İstanbulun nüfuzlu hotellərində təşkil olunacaq qala gecələri, məşhur sənətçilərin konsertləri və Boğaz mənzərəli əyləncə proqramlarını özündə birləşdirən fərdi səyahət təklifləri hazırlayıb.

31 dekabr gecəsi İstanbulun məşhur hotellərində keçiriləcək bayram proqramları:

•⁠ ⁠Swissôtel The Bosphorus, Istanbul – “Chalet” restoranında İsveçrə dağ evi atmosferində bayram gecəsi, “Gabbro Bar”da isə caz dövründən ilhamlanan əyləncə proqramı təşkil olunacaq.
•⁠ ⁠Raffles Istanbul – yeddi mərhələli qala menyusu, şampan, canlı musiqi və gecə yarısından sonra davam edəcək əyləncə proqramı təqdim olunacaq.
•⁠ ⁠The Grand Tarabya Hotel – Boğaz sahilində Türkiyənin məşhur müğənnisi Zeynep Bastıkın canlı konserti və xüsusi qala ziyafəti keçiriləcək.
•⁠ ⁠Conrad Istanbul Bosphorus – italyan mətbəxi, DJ və canlı saksofon çıxışları, həmçinin Bora Öztoprakın iştirakı ilə 90-cı illərin nostaljisini yaşadan musiqi proqramı təşkil ediləcək.
•⁠ ⁠Hilton Istanbul Bosphorus – xüsusi Yeni il şam yeməyi, DJ, canlı saksofon və rəqs çıxışları ilə zəngin bayram proqramı təqdim olunacaq.
•⁠ ⁠The Peninsula Istanbul – məşhur aşpaz Fatih Tutakın hazırladığı beş mərhələli menyu, canlı musiqi, Boğaz mənzərəli DJ proqramı və 1920-ci illərdən ilhamlanan qala gecəsi keçiriləcək.
•⁠ ⁠Çırağan Palace Kempinski Istanbul – tarixi sarayın bal zalında altı mərhələli qala menyusu, canlı orkestr və Boğaz sahilində Yeni il əyləncəsi təşkil olunacaq.

CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram

“FCC Travel & Concierge Services” turizm agentliklərinin müştəriləri üçün hotellərdə yerləşmə, qala gecələri və restoran rezervasiyaları, VIP transferlər, fərdi İstanbul turları, eləcə də Boğazda özəl yaxta gəzintilərini vahid səyahət proqramında birləşdirir.

Turizm agentlikləri fərdi Yeni il təklifləri və mövcud yerlər barədə ətraflı məlumat əldə etmək üçün şirkətin Bakı ofisi ilə əlaqə saxlaya bilərlər:

+99410 253 62 22

Oxşar xəbərlər