Turizmçilər üçün Tailanda 8 gecəlik info-tur təşkil olunacaq – MƏLUMAT
Turizm şirkətlərinin nümayəndələri üçün Tailandın unikal gözəlliklərini və turizm imkanlarını kəşf etməyə imkan verən peşəkar FAM Trip proqramı təşkil olunur.
Turizmplus.az xəbər verir ki, infotur 29 sentyabr – 9 oktyabr 2026-cı il tarixlərində keçiriləcək və 8 gecə davam edəcək.
İştirak haqqı 749 ABŞ dollarıdır. Qiymətə Air Arabia aviabileti, 5 ulduz hotellərdə ½ DBL yerləşmə, FB/HB qidalanma və sığorta daxildir.
Hər şirkətdən yalnız 1 nəfər iştirak edə bilər.
Rezervasiya üçün info@pegast.az elektron poçt ünvanına müraciət etmək mümkündür.

