DİQQƏT: SAVTOUR B2B sistemi ilə Daşkəndə hotel və tur paketlərini rezervasiya etmək mümkündür

Oktyabr 21, 2026 17:25 / 48
DİQQƏT: SAVTOUR B2B sistemi ilə Daşkəndə hotel və tur paketlərini rezervasiya etmək mümkündür
A-
A
A+

SAVTOUR B2B sistemi vasitəsilə turizm şirkətləri Daşkənd otellərini, hazır tur paketlərini və müxtəlif səyahət xidmətlərini rezervasiya edə bilərlər.

cbx-add

Turizmplus.az xəbər verir ki, sistemdə Daşkənd üzrə həm yalnız hotel rezervasiyası, həm də tur paketi sifariş etmək mümkündür. Bundan əlavə, tərəfdaşlar qrup turları, ekskursiya və transfer xidmətlərindən, eləcə də Daşkənd, Səmərqənd və Buxaranı əhatə edən kombinə edilmiş turlardan yararlana bilərlər.

SAVTOUR tərəfindən Novruz bayramı münasibətilə Özbəkistana xüsusi qrup turu da təqdim olunur. 19–26 mart 2027-ci il tarixlərini əhatə edən səfər proqramı Daşkənd, Səmərqənd və Buxara şəhərlərini əhatə edir.

Şirkət turizm sektorunda fəaliyyət göstərən tərəfdaşları B2B sisteminə qoşulmağa və müştərilərinə daha geniş səyahət imkanları təqdim etməyə dəvət edir.

Sistemə qeydiyyatdan keçmək üçün online.savtour.az⁠ ünvanına daxil olmaq mümkündür.

Oxşar xəbərlər