Turizmçilər Qarabağ və Şərqi Zəngəzurda – FOTOLAR

Avqust 26, 2026 15:14 / 35
Turizmçilər Qarabağ və Şərqi Zəngəzurda – FOTOLAR
A-
A
A+

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 24-25 avqust tarixlərində 50 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.

cbx-add

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, səfərin əsas məqsədi iştirakçıları Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı, zəngin mədəni-tarixi irsi, təbii turizm resursları, mövcud turizm infrastrukturu və formalaşmaqda olan yeni turizm məhsulları ilə yaxından tanış etmək olub.

Təcrübə əsaslı proqram çərçivəsində iştirakçılar regionun müxtəlif turizm məkanlarına səfər edərək, yerli qonaqpərvərlik imkanları ilə tanış olub və turizm marşrutlarına daxil edilə biləcək təcrübələr barədə ətraflı məlumat əldə ediblər.

Tanışlıq səfəri turizm sənayesi nümayəndələrinin praktiki biliklərinin artırılmasına, yeni turizm məhsullarının hazırlanmasına və regionla bağlı gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə şərait yaradıb.

Yerli turizm sənayesi nümayəndələrinin Azərbaycanın müxtəlif turizm istiqamətləri ilə tanış edilməsi məqsədilə bu formatda səfərlərin davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər