Azərbaycan turizm ictimaiyyəti tanınmış turizm mütəxəssisi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri Ruslan Quliyevin vəfatı ilə bağlı dərin kədər hissi keçirir.
Turizmplus.az xəbər verir ki, Ruslan Quliyev bu gün səhər saatlarında dünyasını dəyişib.
Mərhumla vida mərasimi 9 iyun tarixində saat 11:00-da Sabunçu məscidində keçiriləcək. Daha sonra cənazə Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
Həmçinin, Ruslan Quliyevin ehsan mərasimi (3 mərasimi) 11 iyun tarixində saat 11:00-da Təzə Pir məscidində təşkil olunacaq.
Ruslan Quliyev uzun illər Azərbaycan turizminin inkişafı istiqamətində fəaliyyət göstərib, sağlamlıq və termal turizmin təşviqi sahəsində mühüm təşəbbüslərlə çıxış edib.

