Bakıdan Əl-Əlameynə səyahət etmək istəyən şəxslərin NƏZƏRİNƏ: VACİB DƏYİŞİKLİK
Bakı–Əl-Əlameyn istiqaməti üzrə uçuş proqramında dəyişiklik edilib.
Turizmplus.az xəbər verir ki, texniki səbəblərlə əlaqədar proqramın planlaşdırılandan daha erkən başa çatdırılması barədə qərar qəbul olunub.
Məlumata görə, Bakıdan Əl-Əlameyn istiqamətinə son uçuş 9 iyul 2026-cı il tarixində 7 gecəlik tur proqramı çərçivəsində həyata keçiriləcək.
Turizm şirkətlərinə isə analoji tarixlər üzrə turistlərin Misirin Şarm əl-Şeyx istiqamətinə onlayn qiymətlər əsasında və komissiyanın 1 faiz artırılması şərti ilə yenidən bronlaşdırılması təklif olunub.
Bildirilib ki, qərar texniki səbəblərlə əlaqədar qəbul edilib və tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi əsas prioritetlərdən biri olaraq qalır.

