İstanbul 8 ayda 12,4 milyondan çox xarici turist qəbul edib
İstanbul 2026-cı ilin ilk 8 ayında 12 milyon 473 min 679 xarici ziyarətçi qəbul edib.
Turizmplus.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Rusiyadan gələn turistlərin sayı 11,8%, Almaniyadan 11,5%, Çindən gələnlərin sayı isə 36% artıb.
Bəzi bazarlarda isə azalma qeydə alınıb. ABŞ-dan gələnlərin sayı 9,1%, Səudiyyə Ərəbistanından 18,6%, Hindistandan 25,8%, Küveytdən isə 45,6% azalıb.

