ATAA və ATBA sədrləri bir araya gəlib – MÜZAKİRƏLƏR

Aprel 13, 2026 15:23 / 87
ATAA və ATBA sədrləri bir araya gəlib – MÜZAKİRƏLƏR
A-
A
A+

Qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qərib arasında baş tutan ikitərəfli görüşdə müzakirə olunub.

cbx-add

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə tərəflər rəhbərlik etdikləri assosiasiyaların fəaliyyəti, ölkə turizminin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlər haqqında fikirlərini bölüşüb, iş birliyinin səmərəliliyinin və əhəmiyyətinin vacibliyini diqqətə çatdırıblar.

Müzakirələr zamanı birgə tədbirlərin təşkili, ortaq təkliflərin, kampaniya və layihələrin hazırlanması, qarşılıqlı maraq doğuran marketing strategiyalarının formalaşdırılması, turist cəlbediciliyinin artırılması, eləcə də assosiasiyalar və üzvlər arasında münasibətlərin genişləndirilməsi, dəstəklənməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər