“Azərbaycan Hava Yolları” (AZAL) müxtəlif istiqamətlər üzrə yeni vakansiyalar elan edib.
Turizmplus.az xəbər verir ki, AZAL-ın açıqladığı məlumata əsasən, hazırda şirkətdə aşağıdakı vəzifələr üzrə iş imkanları mövcuddur:
- Yerli Satışlar üzrə mütəxəssis
- Marketinq Kommunikasiyalar Şöbəsində aparıcı mütəxəssis
- Sərnişinlərə Xidmət üzrə mütəxəssis
- “AzalOil” YSM İdarəsinin Xüsusi Avtonəqliyyat Xidməti üzrə mexanik
- “AzalOil” YSM İdarəsinin Aviasiya Təhlükəsizliyi üzrə mühəndis
Vakansiyalarla maraqlanan şəxslər AZAL-ın rəsmi veb-saytında yerləşən “Karyera” bölməsinə daxil olaraq müraciət edə bilərlər.
Müraciət üçün: AZAL – Karyera bölməsi (KLİKLƏYİN)

