Azərbaycanlılar üçün Taylanda səfərlə bağlı YENİLİK – viza hava limanında veriləcək
15 sentyabr 2026-cı ildən etibarən Azərbaycan vətəndaşları Taylanda səfər zamanı əvvəlcədən viza almaq məcburiyyətində olmayacaqlar.
Turizmplus.az xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu viza ilə Taylandda 15 günədək qalmaq mümkün olacaq. Azərbaycanla yanaşı, Belarus və Serbiya vətəndaşları da yeni Visa on Arrival siyahısında yer alıb.
Qeyd edək ki, Tayland yeni qaydaları 15 sentyabr 2026-cı ildən tətbiq etməyə başlayır. Dəyişikliklər Taylandın Royal Gazette-də avqustun 31-də dərc olunan qərarlardan sonra rəsmiləşib.

