DƏLƏDUZLUQ: Daha bir turizmçi SAXLANILDI – FOTO

Sentyabr 7, 2026 10:56 / 201
DƏLƏDUZLUQ: Daha bir turizmçi SAXLANILDI – FOTO
A-
A
A+

Turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində “Renaissance Travel” turizm şirkətinin rəhbəri Orxan Hüseynli saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, O.Hüseynli rəhbərlik etdiyi turizm şirkətinin sosial şəbəkə hesabında xarici ölkələrə cəlbedici şərtlərlə tur paketləri təklif edib.

İddiaya görə, şirkətə müraciət edən çoxsaylı vətəndaşların etibarından sui-istifadə edən Orxan Hüseynli xarici ölkələrə turist səfərləri təşkil edəcəyinə dair yalan vədlər verib. Həmçinin qanunsuz hazırladığı saxta uçuş biletlərindən istifadə etməklə vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Orxan Hüseynli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

DİN-in məlumatında sosial şəbəkələrdə “Renaissance Travel” turizm şirkətinin ictimai fəal İlkin Rüstəmzadəyə məxsus olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirilib.

Qeyd olunub ki, sözügedən iddialar hərtərəfli araşdırılıb və aparılan araşdırmalar nəticəsində bu məlumatlar təsdiqini tapmayıb.

Turizmplus.az xatırladır ki, tur paketləri alarkən turistlərdən şirkətin hüquqi statusunu, müqaviləni, ödəniş sənədlərini və təqdim olunan aviabiletlərin həqiqiliyini yoxlamaları tövsiyə olunur.

Oxşar xəbərlər