Tel Travel turizm sektorunun aparıcı şirkətləri ilə biznes səhər yeməyi təşkil edib – FOTOLAR
Turizm sektorunun aparıcı şirkətlərinin nümayəndələri Tel Travel tərəfindən təşkil olunan biznes səhər yeməyində bir araya gəliblər.
Turizmplus.az xəbər verir ki, tədbirdə ATAA, AZAL, PASHA Holidays, Kompas Tour, ANEX, Qatar Airways, Buta Tour, Covaze, Exclusive, Ate China və digər turizm şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində qarşıda duran dövr üçün qrup turları, yeni əməkdaşlıq imkanları və birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar turizm sektorunda tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Tel Travel-dən bildirilib ki, bu cür görüşlər peşəkar ünsiyyətin gücləndirilməsi, etibarlı tərəfdaşlıqların qurulması və yeni layihələr üçün imkanların yaradılması baxımından əhəmiyyət daşıyır.
Şirkət tədbirdə iştirak edən bütün qonaqlara və tərəfdaşlara təşəkkürünü bildirib, görüşün gələcək əməkdaşlıqlara və uğurlu layihələrə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

