Korporativ müştərilər və subagentlərlə hesablaşma xaosu: Turizm agentliklərinin bitməyən başağrısı
Turizm agentliklərində korporativ müştərilər və subagentlərlə hesablaşmaların idarə olunması maliyyə və əməliyyat proseslərində vaxt aparan məsələlərdən biridir. Travacco platforması bu prosesləri sadələşdirmək üçün “Toplu Faktura” modulunu təqdim edir.
Turizmplus.az xəbər verir ki, turizm şirkətləri korporativ müştərilərə çoxsaylı aviabilet, hotel bronu və digər xidmətlər üzrə satış həyata keçirərkən fakturaların hazırlanması, ödənişlərin izlənməsi və qalıq borcların hesablanması ilə bağlı çətinliklərlə üzləşə bilirlər.
Bu proseslərin Excel cədvəlləri və müxtəlif kommunikasiya kanalları vasitəsilə aparılması məlumatların dağınıq saxlanmasına, hesablamalarda səhvlərə və ödənişlərin gecikməsinə səbəb ola bilər.
Travacco platformasının “Toplu Faktura” modulu korporativ müştərilər üzrə çoxsaylı satışların vahid fakturada birləşdirilməsinə, ödənişlərin və qalıq borcların mərkəzləşdirilmiş qaydada izlənməsinə imkan yaradır.
Modul vasitəsilə şirkətlər satış məbləğlərini, ödəniş tarixlərini və açıq qalan borcları vahid sistem üzərindən izləyə, maliyyə məlumatlarını daha sistemli şəkildə idarə edə bilərlər.
Həllin əsas məqsədi sənədləşmə və hesablaşmalara sərf olunan vaxtı azaltmaq, maliyyə nəzarətini asanlaşdırmaq və turizm şirkətlərinin gündəlik iş proseslərini daha səmərəli təşkil etməsinə dəstək olmaqdır.
Travacco platforması və “Toplu Faktura” modulu haqqında ətraflı məlumatı travacco.com saytından əldə etmək mümkündür.
Əlaqə:
- E-poçt: sales@travacco.com
- Telefon: 051 466 68 56 / 051 466 69 39
- Video təlimlər: YouTube / Travacco

