“TourismFest Baku 2027″də stendlərin 50 faizi satılıb – SATIŞLAR DAVAM EDİR

Oktyabr 20, 2026 11:41 / 112
“TourismFest Baku 2027″də stendlərin 50 faizi satılıb – SATIŞLAR DAVAM EDİR
A-
A
A+

TourismFest Baku 2027 Milli Turizm Festivalında iştirak etmək istəyən şirkətlər üçün stend satışları davam edir. Artıq sərgidə nəzərdə tutulan stendlərin 50 faizi satılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, 17–18 aprel 2027-ci il tarixlərində Bakıda, Passage 1901 sərgi salonunda keçiriləcək TourismFest Baku 2027 turizm sektorunun nümayəndələrini, hotel və turizm şirkətlərini, aviaşirkətləri və digər turizm müəssisələrini bir araya gətirəcək.

Plus Media Production tərəfindən təşkil olunan festivalın əsas məqsədi turizm sənayesi iştirakçıları ilə potensial müştərilər arasında birbaşa əlaqələrin qurulmasına, yeni turizm məhsullarının tanıdılmasına və yerli turizm bazarında əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaratmaqdır.

Festival çərçivəsində şirkətlər öz xidmət və məhsullarını təqdim edə, yeni müştərilər qazana, tərəfdaşlıq əlaqələri qura və brendlərinin tanıtımını həyata keçirə biləcəklər.

Stend yerlərinin yarısının artıq satılması şirkətlərin festivala marağını göstərir. İştirak etmək istəyən turizm şirkətləri, hotel və digər turizm müəssisələri stend satışı ilə bağlı müraciət edə bilərlər.

Əlaqə və qeydiyyat:

TourismFest Baku 2027 turizm sektorunun iştirakçıları üçün məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etmək, yeni əlaqələr qurmaq və turizm bazarında mövqelərini gücləndirmək imkanı yaradacaq.

Oxşar xəbərlər