“AVİAPARTNER” TourismFest Baku 2027-nin baş sponsoru oldu

Oktyabr 16, 2026 19:54 / 50
“AVİAPARTNER” TourismFest Baku 2027-nin baş sponsoru oldu
A-
A
A+

Turizm və aviasiya sektorunda fəaliyyət göstərən AVİAPARTNER şirkəti TourismFest Baku 2027 Milli Turizm Festivalının baş sponsoru olacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, Plus Media Production tərəfindən təşkil olunan festival 17–18 aprel 2027-ci il tarixlərində Bakıda, Passage 1901 sərgi salonunda keçiriləcək.

AVİAPARTNER Azərbaycanın beynəlxalq və yerli turizm və aviasiya şirkətlərini daxili bazarda təmsil edən B2B satış agentidir. Şirkət “flydubai”, “Pegasus” Hava Yolları və beynəlxalq tur operatoru “Voyager Group” üçün Baş Satış Agentliyi (General Sales Agent – GSA) kimi fəaliyyət göstərir.

Şirkətin əməkdaşlıq portfelinə “Geosky”, “Gulf Air” və “Aegean Airlines” da daxildir. AVİAPARTNER 2023-cü ildən etibarən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) agentidir.

TourismFest Baku 2027 turizm şirkətlərini, hotelləri, aviaşirkətləri, turizm müəssisələrini və səyahət həvəskarlarını bir araya gətirəcək. Festival çərçivəsində turizm məhsullarının təqdimatı, yeni biznes əlaqələrinin qurulması, müxtəlif ölkələrin və turizm istiqamətlərinin tanıdılması, eləcə də əyləncə proqramları və fərqli tədbirlərin təşkili nəzərdə tutulur.

AVİAPARTNER-in baş sponsorluğu ilə keçiriləcək TourismFest Baku 2027 turizm sektorunun nümayəndələri üçün əməkdaşlıq imkanlarının genişləndirilməsinə, şirkətlərin məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etməsinə şərait yaradacaq.

Oxşar xəbərlər