“Summer Tour Azerbaijan” 2026-cı ilin yekunları və 2027-ci ilin planları üzrə agentlik tərəfdaşları ilə görüş keçirib
Summer Tour Azerbaijan 2026-cı ilin yekunları və 2027-ci il üzrə planların müzakirəsi məqsədilə ən çox satış həyata keçirən agentlik tərəfdaşlarının rəhbərləri ilə onlayn görüş keçirib.
Turizmplus.az xəbər verir ki, görüşdə turizm bazarında mövcud vəziyyət, qarşıdakı mövsüm üçün gözləntilər, agentliklərlə əməkdaşlıq modelinin inkişafı, satış proseslərinin təkmilləşdirilməsi və tərəfdaşlardan daxil olan təkliflər müzakirə olunub.
Summer Tour Azerbaijan rəhbərliyi tərəfindən bildirilib ki, şirkət 2027-ci ildə agentlik tərəfdaşları ilə əməkdaşlıqda daha çevik yanaşma tətbiq etməyi, satış kanallarının effektivliyini artırmağı və texnoloji həllərin inkişafına xüsusi diqqət ayırmağı planlaşdırır.
Görüş zamanı agentlik nümayəndələri tərəfindən qiymət artımı risklərinin idarə olunması, sığorta mexanizmləri, transfer xidmətləri, komissiya və motivasiya modelləri, sistem inteqrasiyaları, B2B və paket məhsulları arasında sinxronizasiya, həmçinin erkən rezervasiya prosesləri ilə bağlı təklif və suallar səsləndirilib.
Müzakirələr zamanı agentlik tərəfdaşlarının praktiki rəylərinin Summer Tour Azerbaijan üçün önəmli olduğu vurğulanıb. Şirkət tərəfindən bildirilib ki, tərəfdaşlardan daxil olan təkliflər daxili qaydada təhlil ediləcək və mümkün həll yolları üzrə müvafiq addımlar atılacaq.
Summer Tour Azerbaijan agentlik şəbəkəsi ilə açıq dialoqu, qarşılıqlı etimada əsaslanan əməkdaşlığı və bazar tələblərinə uyğun çevik yanaşmanı 2027-ci il üzrə əsas prioritetlərdən biri kimi müəyyən edir.
Görüşdə iştirak edən agentlik tərəfdaşlarına aktiv iştirak və dəyərli təkliflərinə görə təşəkkür bildirilib.

