GÖYDƏNİZ QƏHRƏMANOV: “Azərbaycan ilə İordaniya arasında vizasız rejim yeni turizm imkanları yaradacaq”

Sentyabr 30, 2026 15:53 / 61
GÖYDƏNİZ QƏHRƏMANOV: “Azərbaycan ilə İordaniya arasında vizasız rejim yeni turizm imkanları yaradacaq”
A-
A
A+

Azərbaycan ilə İordaniya arasında vizasız rejim yeni turizm imkanları yaradacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında viza rejiminin ləğv edilməsi Azərbaycan pasportunun daha da güclənməsinin göstəricisidir: “Viza prosedurlarının aradan qaldırılması iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq, yeni turizm marşrutlarının formalaşdırılması və turizm şirkətləri arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə mühüm tərəfdaşlardan biridir. Eyni zamanda, Azərbaycan da İordaniya vətəndaşları üçün zəngin mədəni irsi, təhlükəsizliyi, müasir turizm infrastrukturu və müxtəlif turizm imkanları ilə cəlbedici istiqamətdir. İnanıram ki, bu saziş qarşılıqlı turist səfərlərinin artmasına, xalqlarımızın bir-birini daha yaxından tanımasına və insanlar arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək”.

Xatırladaq ki, bu gün Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiq edib. Sənədə əsasən, Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcəklər.

Oxşar xəbərlər