Turizmçilər Ulu Öndərin məzarını ziyarət ediblər – FOTOLAR
29 sentyabr – Turizm İşçiləri Günü münasibətilə Dövlət Turizm Agentliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları, eləcə də turizm sənayesinin nümayəndələri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Turizmplus.az xəbər verir ki, ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub və məzarı üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, 29 sentyabr Azərbaycanda Turizm İşçiləri Günü kimi qeyd olunur.

