Şuşaya səfər edən yerli turistlər qaya daşlarının üzərinə adlar yazıb
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.
Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib.
Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:
“Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”.

