Xankəndi hotellərini bu sistemdən bron etmək olacaq – MƏLUMAT

Bir müddət sonra “Savtour” şirkətinə aid B2B sistemdən Xankəndində yerləşən hotelləri bronlaşdırmaq mümkün olacaq.

Bu barədə şirkətdən Turizmplus.az saytına məlumat verilib. Məlumatda qeyd edilib ki, artıq Xankəndində yerləşən “Palace” və “Qarabağ” hotelləri ilə müqavilə bağlanıb. Hotelləri online.savtour.az sistemində görmək mümkündür. Satışlar isə bir müddət sonra başlanacaq.
Qeyd edək ki, Sistem vasitəsilə Özbəkistandan Azərbaycana gələn turistlər üçün hazır tur paketlərin, hotellərin, eyni zamanda kombo turların satışı həyata keçirilir. Bundan əlavə Azərbaycanda yerləşən bir çox sanatoriya və hotelləri də sistem vasitəsilə bron etmək mümkündür.