Türkiyənin hotel və restoranlarında qiymət artımı davam edir – YENİ RƏQƏMLƏR

Sentyabr 3, 2026 11:27 / 22
Türkiyənin hotel və restoranlarında qiymət artımı davam edir – YENİ RƏQƏMLƏR
A-
A
A+

Türkiyə Statistika Qurumu (TÜİK) 2026-cı ilin avqust ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb. Ölkədə aylıq inflyasiya 1,84 faiz, illik inflyasiya isə 31,51 faiz təşkil edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, turizm sektoru üzrə göstəricilərə görə, “Restoran və yerləşdirmə” qrupunda qiymətlər avqust ayında 1,50 faiz, illik əsasda isə 31,16 faiz artıb.

Beləliklə, restoran və yerləşdirmə xidmətlərində həm aylıq, həm də illik qiymət artımı Türkiyənin ümumi inflyasiya göstəricisindən aşağı olub.

İstanbulda isə restoran və hotellər üzrə qiymət artımı avqust ayında 0,72 faiz təşkil edib.

Oxşar xəbərlər