TURİZMPLUS-DA KAMPANİYA: Ödənişli mətnlərin gəlirləri sosial şəbəkə reklamlarına yönləndiriləcək

Sentyabr 18, 2025 14:29 / 176
TURİZMPLUS-DA KAMPANİYA: Ödənişli mətnlərin gəlirləri sosial şəbəkə reklamlarına yönləndiriləcək
A-
A
A+

Turizmplus.az turizm sektorunda reklam imkanlarını daha səmərəli etmək üçün yeni yanaşma tətbiq edir. Artıq platformada reklam xəbərləri paylaşan şirkətlərin, hotellərin və digər turizm obyektlərinin ödənişləri birbaşa həmin şirkətlərin sosial şəbəkə reklamlarına yönləndiriləcək.

cbx-add

Bu qərarın əsas məqsədi reklamverən tərəflərin xidmət və məhsullarının daha geniş auditoriyaya tanıdılmasıdır. Beləliklə, reklamdan əldə edilən məbləğ yalnız xəbərin sayt üzərində yerləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda sosial mediada hədəflənmiş reklam kampaniyalarına sərf olunur.

Bu yanaşma reklamverənlərə ikiqat üstünlük təqdim edir: həm Turizmplus.az-da xəbər kimi tanıtım, həm də sosial şəbəkələrdə daha çox insana çatmaq imkanı.

Oxşar xəbərlər