Turizmçilər ATAA-nın təşkilatçılığı ilə Ajman Əmirliyində – FOTOLAR

Sentyabr 3, 2025 17:02 / 307
Turizmçilər ATAA-nın təşkilatçılığı ilə Ajman Əmirliyində – FOTOLAR
A-
A
A+

29 avqust – 2 sentyabr tarixlərində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Ajman Əmirliyinin Turizm Departamentinin birgə təşkilatçılığı ilə ATAA üzvləri üçün BƏƏ-nin Ajman Əmirliyinə tanışlıq səfəri təşkil olunub.

cbx-add

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, info-turun məqsədi iki ölkənin turizm təşkilatları arasında turistik əlaqələrin inkişafına, əməkdaşlığın genişləndirilməsinə dəstək olmaq, həmçinin ATAA üzvlərinə əmirliyin turizm potensialını nümayiş etdirməkdir.

Səfər çərçivəsində Assosiasiya üzvləri Ajmanın müasir turizm infrastrukturu, mədəni irsi və füsunkar sahil zolağında yerləşən hotelləri, Ajman muzeyi, tarixi küçələri, bazar meydanı, eləcə də istirahət və əyləncə məkanları ilə tanış olub, onlara Ajman Əmirliyinin turistik imkanları haqqında ətraflı məlumat verilib.

Oxşar xəbərlər