Turizm üzrə yeni peşəkar təlim proqramına qeydiyyat başlayır

Sentyabr 8, 2026 15:45 / 88
Turizm üzrə yeni peşəkar təlim proqramına qeydiyyat başlayır
A-
A
A+

Turizm sahəsində karyeraya başlamaq və bu istiqamətdə peşəkar biliklər əldə etmək istəyənlər üçün yeni təlim proqramı təşkil olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, Professional Tourism Academy-nin təşkilatçılığı ilə 2 oktyabr tarixindən “Gəlmə, Daxili və Getmə Turizmi” üzrə peşəkar təlim kurslarına start veriləcək.

Bir ay davam edəcək təlimlər həm turizm sahəsində çalışan mütəxəssislər, həm də bu sahədə heç bir təcrübəsi olmayan və sıfırdan başlamaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Dərslər peşəkar turizm mütəxəssisləri tərəfindən nəzəri və praktiki formada keçiriləcək. İştirakçılar turizmin əsas istiqamətləri ilə yanaşı, real iş prosesində lazım olan praktiki bilik və bacarıqlar əldə edəcəklər.

Kursun qiyməti 350 AZN, ATAA üzvü olan təşkilatların əməkdaşları üçün isə 250 AZN təşkil edir.

Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq. Sertifikat gəlmə, daxili və getmə turizmi üzrə peşəkar təlim keçildiyini təsdiqləyəcək və turizm şirkətlərində işə qəbul zamanı əlavə üstünlük yarada bilər.

📞 Qeydiyyat və ətraflı məlumat: 050 313 95 60

Oxşar xəbərlər