“Tangiers Travel”in təşkilatçılığı ilə Bakıda NG Hotels-in premium layihələrinin təqdimatı keçirilib

Fevral 3, 2026 13:37 / 170
“Tangiers Travel”in təşkilatçılığı ilə Bakıda NG Hotels-in premium layihələrinin təqdimatı keçirilib
A-
A
A+

Ötən həftə Bakıda “Tangiers Travel” şirkətinin təşkilatçılığı ilə növbəti peşəkar təqdimat tədbiri keçirilib. Bu dəfə təqdimatın əsas mövzusu Türkiyənin premium otel şəbəkələrindən olan NG Hotels-ə məxsus NG Phaselis Bay və 2026-cı ilin may ayında fəaliyyətə başlayacaq NG Sign Bodrum hotelləri olub.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbiri giriş sözü ilə “Tangiers Travel” şirkətinin rəhbəri Nazar Zeynalov açaraq, Azərbaycan–Türkiyə turizm əməkdaşlığının inkişafında bu cür təqdimatların mühüm rol oynadığını vurğulayıb. O, “Tangiers Travel” şirkətinin məqsədinin yerli turizm agentliklərini beynəlxalq səviyyəli məhsullarla daha yaxından tanış etmək olduğunu bildirib.

Daha sonra söz NG Hotels otel şəbəkəsinin satış direktoru Ahmet Sarıkayaya verilib. Çıxışı zamanı Ahmet Sarıkaya NG Hotels brendinin konsepsiyası, xidmət fəlsəfəsi və mövcud layihələri barədə ətraflı məlumat verib. O, xüsusilə NG Phaselis Bay otelinin ailəvi istirahət, komfort və təbiətlə harmoniyanı birləşdirən unikal konsepsiyasından danışıb.

Tədbirdə iştirakçılara həmçinin 2026-cı ilin may ayında Bodrumda açılması planlaşdırılan NG Sign Bodrum hoteli ilə bağlı ətraflı təqdimat olunub. Bildirilib ki, NG Sign Bodrum 40 villadan ibarət eksklüziv konsept əsasında fəaliyyət göstərəcək və Egey sahilinin ən prestijli hotellərindən biri olacaq. Otel yerləşməsi, geniş yaşıllıq əraziləri, müasir memarlıq həlləri və yüksək xidmət səviyyəsi ilə seçiləcək. NG Sign Bodrum layihəsinin lüks və fərdi yanaşmanı üstün tutan turistlər üçün nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Ahmet Sarıkaya çıxışında NG Sign Bodrum-un yalnız bir otel deyil, tam fərqli istirahət təcrübəsi təqdim edəcəyini vurğulayıb. Onun sözlərinə görə, layihə Egey bölgəsində premium turizm anlayışına yeni nəfəs gətirəcək.

Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və B2B formatında faydalı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər