SAVTour Özbəkistan bazarında Azərbaycan turizminin tanıdılması üzrə yeni təşəbbüslər həyata keçirib

Dekabr 3, 2025 15:02 / 465
SAVTour Özbəkistan bazarında Azərbaycan turizminin tanıdılması üzrə yeni təşəbbüslər həyata keçirib
A-
A
A+

Azərbaycanın SAVTour turizm şirkəti ölkəyə Özbəkistandan gələn turistlərin sayını artırmaq və yeni əməkdaşlıqlar qurmaq məqsədilə Daşkənddə ardıcıl təqdimatlar təşkil edib. Şirkət 27–29 noyabr tarixlərində  TITF 2025 – Daşkənd Beynəlxalq Turizm Sərgisində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə  iştirak edərək Azərbaycan turizminin geniş imkanlarını nümayiş etdirib.

cbx-add

Turizmplus.az xəbər verir ki, sərgidən sonra, 1 dekabr tarixində SAVTour-un təşkilatçılığı ilə Özbəkistanın aparıcı 100 turizm şirkətinin iştirak etdiyi Business Breakfast tədbiri keçirilib. Tədbirdə ölkəmizin turizm potensialı, yeniliklər və qarşılıqlı əməkdaşlıq imkanları barədə təqdimatlar göstərilib.

Tədbirdə Azerbaijan Tourism Boardun nümayəndələri çıxış edərək Azərbaycan üzrə yenilənmiş turizm trendləri və yeni istiqamətlər barədə məlumat veriblər. Həmçinin Azərbaycanın tanınmış sanatoriyaları – Garabagh Hotel Naftalan, Chinar Hotel Naftalan, Qashalti Hotel Naftalan və Lankaran Springs Wellness Resort öz müalicə və sağlamlıq proqramlarını təqdim ediblər. Bakıda yerləşən Central Point Hotel də xidmət paketlərini iştirakçılara təqdim edib.

Centrum Air Hava Yolları tədbirdə iştirak edərək şirkətin yenilikləri barədə məlumat verib. Bildirilib ki, Centrum Air, SAVTour ilə əməkdaşlıq çərçivəsində blok yerlər götürərək yay mövsümünü uğurla başa vurub və tərəflər bu əməkdaşlığın 2026-cı ildə də davam etdiriləcəyini vurğulayıblar.

Tədbirin bir hissəsi olaraq, SAVTour özü də B2B sistemində tətbiq olunan yenilikləri təqdim edib. Şirkət system üzərində partnyorlar üçün əlavə rahatlıqlar, geniş xidmət çeşidi və yeni inteqrasiya imkanları barədə məlumat verib.

Bununla yanaşı, SAVTour-un B2B sistemi – online.savtour.az üzərindən Daşkənddən Azərbaycanın müxtəlif istiqamətlərinə  hazır tur paketlərin satışı aktiv şəkildə həyata keçirilir.

Sistem həmçinin Azərbaycan daxilində fəaliyyət göstərən yerli turizm şirkətləri üçün də geniş əməkdaşlıq imkanı təqdim edir. Partnyorlar platforma üzərindən yerli sanatoriyalar və bölgə otellərini operativ və rahat şəkildə rezervasiya edə bilirlər.

Əlaqə üçün: ‪+994 10 214 47 12

Oxşar xəbərlər