“Rustar Tourism” və “Kazunion Touroperator” 2025-ci ili uğurla başa vurub – AÇIQLAMA

Yanvar 12, 2026 12:27 / 238
“Rustar Tourism” və “Kazunion Touroperator” 2025-ci ili uğurla başa vurub – AÇIQLAMA
A-
A
A+

“Rustar Tourism” Azerbaijan və “Kazunion Touroperator” Azerbaijan şirkətlərinin rəhbəri Emil Əliyev 2025-ci il üzrə fəaliyyətin yekunları ilə bağlı açıqlama verib.

cbx-add

Açıqlamada bildirilir ki, komandaların yüksək peşəkarlığı, məsuliyyəti və ardıcıl zəhməti nəticəsində həm gəlmə, həm də getmə turizm üzrə sabit və ölçülə bilən nəticələr əldə olunub.

Turizmplus.az “Rustar Tourism” Azerbaijan (Incoming turizm) üzrə göstəriciləri təqdim edir:

  • Rusiya – 1 230 turist

  • Qazaxıstan – 1 396 turist

  • Özbəkistan – 534 turist
    Ümumi: 3 160 inbound turist

2025-ci il ərzində komanda tərəfindən beynəlxalq və daxili rezervasiyalar daxil olmaqla, Azərbaycanda ümumilikdə 12 625 gecələmə sifarişi həyata keçirilib.

“Kazunion Touroperator” Azerbaijan (Outgoing turizm) üzrə göstəricilər:

  • BƏƏ – 8 230 turist

  • Qətər – 7 243 sərnişin

  • Maldiv adaları – 1 756 turist

Qeyd olunur ki, bu rəqəmlər təkcə statistika deyil, eyni zamanda güclü tərəfdaşlıqların, düzgün məhsul strategiyasının və komandaların gündəlik əzmkarlığının real nəticəsidir.

2026-cı il üçün əsas hədəflər keyfiyyətin qorunması, dayanıqlı inkişaf və coğrafi genişlənmədir. Yeni istiqamətlər sırasında Türkiyə, Səudiyyə Ərəbistanı və Vyetnam bazarlarının inkişafı planlaşdırılır.

Oxşar xəbərlər