USD 1.7
17 °C

“RML Holidays” Azərbaycanın prestijli turizm tədbirində təmsil olunacaq

Oktyabr 2, 2024 14:41 / 183
“RML Holidays” Azərbaycanın prestijli turizm tədbirində təmsil olunacaq
A-
A
A+

Oktyabrın 3-də Bakıda “Travel Bazaar” turizm tədbiri baş tutacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, JW Marriot hotelində keçiriləcək prestijli tədbirdə “RML Holidays” geniş spektrdə xidmətlərini nümayiş etdirəcək. Şirkət turlar, hotel rezervasiyaları, aviabiletlər və fərdi səyahət paketləri ilə yanaşı, müştərilərə özəl səyahət planları hazırlamaq imkanı da təqdim edir.

Sərginin məqsədi, turizm sektorundakı yenilikləri tanıtmaq və səyahət marağını artırmaqdır. RML Holidays, turizm şirkətlərinin suallarını cavablandırmaq, yeni təkliflərini təqdim etmək və müştərilərlə birbaşa ünsiyyət qurmaq üçün sərgidə xüsusi stend açacaq.

Qeyd edək ki, sərgi yerli və beynəlxalq turizm sektorunun ən önəmli tədbirlərindən biridir.

Oxşar xəbərlər