USD 1.7
22 °C

Rəhim Qədirov mötəbər turizm tədbirində Azərbaycanı təmsil edəcək

Sentyabr 12, 2024 12:48 / 145
Rəhim Qədirov mötəbər turizm tədbirində Azərbaycanı təmsil edəcək
A-
A
A+

“Plus Media Production” şirkətinin rəhbəri və Turizmplus.az Turizm Xəbərləri Agentliyinin Baş redaktoru Rəhim Qədirov noyabrda İspaniyanın Valensiya şəhərində keçiriləcək dünya turizm sektorunun ən prestijli tədbirlərindən hesab edilən “CIFFT Tourism Press Award 2024” mükafatlandırma mərasimində Azərbaycanı təmsil edən 3 münsifdən biri olacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, müsabiqədə 23 ölkədən 66 turizm təbliğatı filmi yer alıb. İlk qiymətləndirmə mərhələsi 10-30 sentyabr tarixləri arasında keçiriləcək. Finala yüksələn filmlərin seçim mərhələsi isə 3-10 oktyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, mükafatlandırma mərasimi noyabrın 27-də İspaniyanın Valensiya şəhərində baş tutacaq. Festival Avropa Turizm Komissiyası (ETC), Mərkəzi Amerika Turizm Agentliyi (CATA) tərəfindən dəstəklənir. Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Müsabiqə barədə daha ətraflı məlumat almaq üçün klikləyin.

Rahim Gadirov

Oxşar xəbərlər