Qədim Şirvanşahlar Sarayında “İnanıram” tamaşası nümayiş etdiriləcək – GİRİŞ SƏRBƏSTDİR

Noyabr 5, 2025 12:20 / 216
Qədim Şirvanşahlar Sarayında “İnanıram” tamaşası nümayiş etdiriləcək – GİRİŞ SƏRBƏSTDİR
A-
A
A+

Noyabrın 7-də saat 19:00-da Qədim Şirvanşahlar Sarayında “İnanıram” adlı tamaşa səhnələşdiriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, əsər müharibədə oğlunu itirən bir ananın ağrısı, ümidsizliyi və yenidən həyata sarılmaq gücünü təsvir edir. Tamaşa boyunca tamaşaçılar həm ağrının, həm də ümidin necə doğulduğunu hiss edəcəklər.

Final səhnəsində “İnanıram” sözü 50 ölkənin dilində səslənəcək. Bu, insanlığın ortaq arzusu olan sülhə və inama ünvanlanmış simvolik mesaj kimi təqdim olunur.

Tamaşada baş rolu Azərbaycanın Əməkdar Artisti Şükufə Yusupova ifa edəcək. Quruluşçu rejissor Leonid Klets, pyesin müəllifi isə Ülviyyə Heydərovadır.

Tamaşaya giriş sərbəstdir.

Oxşar xəbərlər