İçərişəhərdə “Milli Geyimlər Günü” tədbiri keçiriləcək.
Turizmplus.az xəbər verir ki, tədbir 19 sentyabr tarixində təşkil olunacaq. Tədbirdə Azərbaycan milli geyimləri, milli dəyərlər və mədəni irs nümayiş etdiriləcək.
Təşkilatçıların sözlərinə görə, tədbirin proqramı əvvəlki proqram əsasında daha da zənginləşdirilərək iştirakçılara təqdim olunacaq.

