Millət vəkili Göydəniz Qəhrəmanovdan turizm sektoru ilə bağlı növbəti vacib təklif – VİDEO

Noyabr 22, 2025 14:29 / 339
Millət vəkili Göydəniz Qəhrəmanovdan turizm sektoru ilə bağlı növbəti vacib təklif – VİDEO
A-
A
A+

“Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət ayrılır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi islahatlar, biznes mühitinin əlverişliliyinin artırılması, yerli və xarici investisiyaların təşviqi sahəsində atılan addımlar öz real nəticələrini göstərməkdədir. Bu siyasət Azərbaycan iqtisadiyyatının dayanıqlı, modern və rəqabətədavamlı inkişafını təmin edən əsas sütunlardan biridir. Həmçinin vergi sahəsində aparılan islahatlar ölkənin iqtisadi gücünü artırır və ölkəmizdə biznes imkanlarını genişləndirir”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov Milli Məclisin plenar iclasında səsləndirib.

“Bu gün müzakirə etdiyimiz Vergi Məcəlləsinə dəyişiklik təklifi məhz sahibkarlığın inkişafını daha da gücləndirməyə yönəlmiş mühüm addımlardan biridir. Hazırkı qanunvericiliyə əsasən, ardıcıl 12 ay ərzində dövriyyəsi 200 min manatdan artıq olan vergi ödəyicisi ƏDV qeydiyyatına düşmək öhdəliyi daşıyır. Təklif olunan layihə bu həddin 400 min manatadək artırılması xüsusilə nağdsız ödənişlərin həcminin artması və dövriyyənin şəffaf şəkildə formalaşdırılması baxımından ciddi stimuldur. Əminəm ki, bu addım sahibkarların fəaliyyətinə geniş imkanlar açacaq, onların maliyyə yükünü azaldacaq və biznesin genişlənməsini təmin edəcək. Bu, eyni zamanda ölkəmizə yönələn investisiya marağını artıran mühüm mexanizmlərdən biridir.

Hörmətli həmkarlar və hökumət üzvləri, mən bir məqama da diqqət çəkərək, təkliflə çıxış etmək istəyirəm. Qeyd etmək istərdim ki, ölkəmizə ildən-ilən gələn turistlərin sayında artım müşahidə olunur. Bu istigamətdə Dövlət tərəfindən bir çox işlər görülür, xaricdə turizm imkanlarımız təbliğ olunur, ökləmizdə münbit infrastruktur qurulur. Paytaxta və regionlarda keçirilən beynəlxalq tədbirlər, Formula 1, MDB Oyunları və digər genişmiqyaslı tədbirlər turizmin inkişafına çox mühüm töhfə verir. Yaxın illərdə ölkəmizə gələn turistlərin sayında artım dinamikanın davam edəcəyi gözlənilir.

Bu səbəbdən regionlara investisiyaların cəlb olunması məqsədilə vergi güzəştlərinin və digər təşviqedici proqramların artırılması, iş adamlarının bu sahəyə investisiyalarını gücləndirər, regionlarda yeni turizm mərkəzlərinin açılmasını stimullaşdırar və yeni iş yerlərinə səbəb olar. Müvafiq qurumların bu önəmli məsələyə diqqət ayırmasını təklif edirəm”, – deyə millət vəkili qeyd edib.

Oxşar xəbərlər