Kazunion və Dubay Turizm Departamenti Bakıda biznes səhər yeməyi təşkil edib – FOTOLAR

Noyabr 13, 2026 16:01 / 72
Kazunion və Dubay Turizm Departamenti Bakıda biznes səhər yeməyi təşkil edib – FOTOLAR
A-
A
A+

Kazunion Touroperator by Rustar və Dubay Turizm Departamentinin (DTCM) birgə təşkilatçılığı ilə noyabrın 11-də turizm sənayesinin nümayəndələri üçün biznes səhər yeməyi keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, görüşün əsas məqsədi Dubay turizmində baş verən yeniliklər, yeni imkanlar və əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Tədbir çərçivəsində Dubayın turizm potensialı, Azərbaycan bazarı üçün təqdim etdiyi imkanlar və sektorun inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. İştirakçılar həmçinin təcrübələrini bölüşüb, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Kazunion və Rustar Tourism şirkətləri BƏƏ turizm istiqamətində lider mövqeyə malik olan, regionda geniş tərəfdaşlıq şəbəkəsi və zəngin təcrübəsi ilə seçilən şirkətlərdir. Bu cür görüşlər tərəfdaşlarla əlaqələrin daha da möhkəmləndirilməsinə, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və Dubay istiqamətinin Azərbaycan bazarında daha da inkişaf etdirilməsinə töhfə verir.

 

Oxşar xəbərlər