GÖYDƏNİZ QƏHRƏMANOV: “COP29-un Azərbaycanda keçirilməsinin turizm sahəsinə çox böyük xeyri var”
“COP29 tədbirinin ölkəmizdə keçirilməsi turizm imkanlarımızın bundan sonra da dünya bazarına çıxmasına yaxşı bir imkandır”.
Turizmplus.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin turizm sahəsinə verəcəyi töhfədən danışan Milli Məclisin deputatı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Göydəniz Qəhramanov deyib.
Onun sözlərinə görə, COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin turizm sahəsinə çox böyük xeyri var.
“COP29 həqiqətən çox böyük və mötəbər bir tədbirdir. Bu, Azərbaycanın dünyada nüfuz sahibi olmasının bir göstəricisidir. Bu da cənab Prezident tərəfindən aparılan siyasətin nəticəsidir ki, bu gün bir çox dövlətin başçıları Azərbaycanda bu tədbirdə iştirak edəcək. Əminliklə deyə bilərəm ki, biz bu tədbirin keçirilməsinin öhdəsindən yüksək səviyyədə gələcəyik. COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin turizm sahəsinə çox böyük xeyri var. Çünki dünyanın bütün media resursları Azərbaycana fokuslanacaq. Bu yaxşı bir imkandır ki, biz öz imkanlarımızı, öz turizm potensialımızı dünyaya nümayiş etdirək. Tədbir zamanı gələn qonaqlara göstərilən diqqət, xidmət gələcəkdə də ölkəmizə turistlərin gəlməsi axınının daha da artmasına səbəb olacaq. Bu imkandan maksimum dərəcədə səmərəli, düzgün istifadə etməliyik. COP29 tədbirinin ölkəmizdə keçirilməsi turizm imkanlarımızın bundan sonra da dünya bazarına çıxmasına yaxşı bir imkandır. Azərbaycanda bir çox tədbirlər keçirilir. Avroviziya, Avropa Oyunları, Formula-1, İslam Oyunları” kimi beynəlxalq tədbirlərin keçirilməsi öz növbəsində ölkəmizə turistlərin marağının artmasına səbəbdir”, – deyə o əlavə edib.
G.Qəhrəmanov qeyd edib ki, son illər turizm sahəsi prioritet bir sahəyə çevrilib:
“Cənab prezidentin bu sahəyə daima böyük diqqəti var. Hazırda bunun nəticələrini görürük. İldən-ilə Azərbaycana gələn turistlərin sayı artır və qeyri-neft sektoru olaraq, turizm Azərbaycana valyuta axını gətirən sahələrdən biridir.Yeni iş yerlərinin açılmasında da bu sahəyə böyük bir marağın olmasını müşahidə etmək mümkündür. Ümumiyyətlə ölkəmizin böyük turizm potensialı var. Ölkəmizdə bir ç0x turizm imkanlarının olması yaxşı haldır ki, ildən-ilə bu imkanlar genişlənir və turistlərin Azərbaycana marağı artır. Bu düzgün siyasətin aparılması nəticəsində baş verən proseslərdir. Turistləri maraqlandıran ən başlıca məsələ təhlükəsizlik məsələsidir. Ölkəmizdə də təhlükəsizlik məsələləri yüksək səviyyədədir”.