Fusion Academy turizm sahəsi üzrə 10 həftəlik təlim proqramı təqdim edir – MƏLUMAT

Oktyabr 22, 2026 12:38 / 63
Fusion Academy turizm sahəsi üzrə 10 həftəlik təlim proqramı təqdim edir – MƏLUMAT
A-
A
A+

Turizm sektorunda peşəkar biliklər əldə etmək, beynəlxalq rezervasiya sistemlərini öyrənmək və karyera qurmaq istəyənlər üçün yeni təlim proqramı təqdim olunur.

cbx-add

Turizmplus.az xəbər verir ki, Fusion Academy MMC tərəfindən təşkil edilən EXTRA FULL Turizm Təlimi proqramı 10 həftə davam edəcək və iştirakçılar 10 beynəlxalq təlimçidən təhsil almaq imkanı əldə edəcəklər.

Akademiyanın təqdimatına əsasən, proqram turizmin müxtəlif istiqamətlərini əhatə edir. Təlim çərçivəsində iştirakçılara outgoing, incoming və daxili turizm, turizm coğrafiyası, Amadeus və Galileo beynəlxalq rezervasiya sistemləri, viza prosedurları, satış psixologiyası və ofis proqramları üzrə biliklərin verilməsi nəzərdə tutulur.

Viza təlimləri Şengen zonası, ABŞ, Böyük Britaniya, Kanada və Yaponiya istiqamətləri üzrə iş, təhsil və turistik səfərlərlə bağlı prosedurları əhatə edir.

Təlimdə kimlər iştirak edə bilər?

Proqram universitet və kollec tələbələri, turizm şirkətlərində çalışan şəxslər, şirkət rəhbərləri, turizm sahəsində dərs deyən müəllimlər, eləcə də bu sahədə sıfırdan bilik əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Öz turizm biznesini qurmaq və səyahətlərini müstəqil planlaşdırmaq istəyənlər də proqramda iştirak edə bilərlər.

Fusion Academy təlimi başa vuran iştirakçılara rəsmi diplom təqdim ediləcəyini bildirir. Akademiyanın elanına əsasən, məzunlar üçün işlə təmin olunma zəmanəti nəzərdə tutulur. Öz biznesini qurmaq istəyən şəxslərə isə şirkət açılması prosesində dəstək göstərilməsi təklif olunur. Bu şərtlərin rəsmi müqavilə ilə rəsmiləşdirildiyi qeyd edilir.

Ödəniş və qeydiyyat

Təhsil haqqını hissə-hissə ödəmək imkanı mövcuddur. Turizm şirkətlərinin rəhbərləri və turizm sektorunda çalışan şəxslər üçün xüsusi endirim tətbiq olunur. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi və 20 manat ilkin ödəniş tələb edilir.

Proqramla bağlı ətraflı məlumat almaq və qeydiyyatdan keçmək istəyənlər +994 51 494 68 67 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ünvan: Bakı şəhəri, 28 May, Jalə Plaza, 5-ci mərtəbə.

Oxşar xəbərlər