Fethiyedə yeni açılmış “XO Cape Arnna” hotelinin təqdimatı keçirilib – FOTOLAR

Bakıda “Summer Tour” tur-operatorunun və “XO Cape Arnna 5*” hotelinin birgə təşkilatçılığı ilə təqdimat keçirilib.

Turizmplus.az xəbər verir ki, “Mangal Steak House” restoranında baş tutan təqdimatda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və “Summer Tour” tur-operatorunun rəhbər şəxsləri, hotelin baş meneceri Burç Özarutan və qrup satış direktoru Pınar Erginyavuz iştirak edib. Tədbirə 100-dən çox şirkət nümayəndəsi qatılıb.
Təqdimat zamanı qonaqlara Fethiye bölgəsində yeni açılan “OX Cape Arnna 5*” hoteli barədə ətraflı məlumat verilib, yeniliklər, qiymətlər və s. barədə informasiyalar bölüşülüb.
Təqdimatdan sonra, tədbir musiqili proqramla davam edib.